Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olas Neymarın PSJ-dən ayrılmaq istəməsiylə bağlı açıqlama verib.

Unikal.org Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, braziliyalı futbolçunun Paris klubundan ayrılmasının Liqa 1-ə mənfi təsir göstərəcəyini deyib:

“Neymar PSJ-ni tərk etsə, bu, Liqa 1-i çətin vəziyyətə salacaq. Çünki televiziya hüquqlarının dəyəri Neymarın Fransada oynaması nəzərə alınaraq hesablanmışdı. O, “Barselona”da oynayırdı və böyük məbləğ qarşılığında PSJ-yə gəldi. Buna görə də, düşünürəm ki, Paris klubunun rəhbərliyi onu komandada saxlamaq üçün hər şey etməlidir. Amma “Lion” prezidenti olaraq, bu məsələni müzakirə etmək üçün uyğun mövqedə deyiləm”.

Neymarın PSJ-də xoşbəxt olmadığı və yenidən “Barselona”da oynamaq istədiyi bildirilir. Son olaraq, “Real”ın futbolçu üçün hərəkətə keçməsi ilə bağlı xəbərlər yayılıb.