Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Unikal.org xəbər verir ki, Liqa 1 təmsilçisi “Sevilya”dan Vissam Ben Yedderi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Monako” Ben Yedder üçün “Sevilya”ya 40 milyon avro təzminat ödəyib.
Fransa millisinin də formasını geyinən Ben Yedder, 2016-cı ildə “Tuluza”dan “Sevilya”ya keçmişdi. La Liqa klubu ilə 130 rəsmi oyuna çıxan hücumçu, 70 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.