Türkiyə millisinin sabiq üzvü Həmit Altıntop İstanbuldakı villasının təmiri üçün 2 milyon türk lirəsi qarşılığında bir tikinti firması ilə razılaşıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Altıntop villasının istədiyi kimi hazır olmamasından sonra yeni bir şirkətlə 1 milyon 632 min türk lirəsi qarşılığında anlaşıb.
Sabiq yarımmüdafəçi villasını qüsurlu hazırlayan şirkəti məhkəməyə verib və 1 milyon 632 min türk lirəsinin ödənilməsini tələb edib. Altıntopun vəkili Rəhmi Kadıoğlu villanın 9 yerində əskik çıxdığını, avtomobil dayanacağının isə həddindən artıq yüksək inşa edildiyini bildirib.
Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Bavariya”, “Qalatasaray”, “Real” kimi klublarda forma geyinən Altıntop, 2018-ci ildə futbolçu karyerasını bitirib.