Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” də növbəti oyununa çıxacaq. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq. Petah Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan görüş qollu bərabərliklə bitib – 2:2.
“Neftçi” “Bney Yehuda” səddini keçsə, Avropa Liqasının pley-off mərhələsində “Malmö” (İsveç) – “Jirinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyunda “Malmö” 3:0 hesablı qələbə qazanıb.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
15 avqust
21:00 Bney Yehuda (İsrail) – Neftçi
Baş hakim: Daniele Doveri (İtaliya)
İlk oyun – 2:2