Bakının "Neftçi" komandası iki oyunun nəticəsinə görə İsrail təmsilçisinə məğlub olaraq Avrokuboklarda mübarizəni dayandırıb

Unikal.org xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə İsraildə yerli "Bney Yehuda" ilə Bakının "Neftçi" klubları üz-üzə gəliblər. 

Görüşdə hesabı 15-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Yan açıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb. 

İkinci hissədə Saqas hesab arasındakı fərqi artırıb - 2:0 (66-cı dəqiqə). İkinci hissəyə artırılmış vaxtda Emin Mahmudov penaltidən bu toplardan birinin əvəzini çıxıb - 2:1. Oyun bu hesabla bitib.

Bir həftə əvvəl bu komandalar arasında Bakıda keçirilmiş oyun 2:2 hesabı ilə başa çatdığından növbəti mərhələyə "Bney Yehuda" çıxıb.