“Qarabağ” klubunun oyunçusu Abdullah Zubir karyerasını Fransada davam etdirə bilər.
Unikal.org xəbər verir ki, bu barədə Fransanın məşhur “letelegramme.fr” saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mərakeş əsilli yarımmüdafiəçi “Genqam”ın diqqət mərkəzinə düşüb və klubun prezidenti Bertrand Desplat və klubun baş meneceri Stefan Karnotun Zubirin transferini anlaşması üçün Bakıya səfər edib.
Liqa 2 təmsilçisinin rəhbərliyinin transferi bu səfəri çərçivəsində tez zamanda həll etmək istədiyi bildirilib.
2018-ci ilin iyulun “Lens”dən “Qarabağ”a keçən Zubirin Ağdam təmsilçisi ilə olan müqaviləsi 2020-ci ilin yayında bitir.