Rusiya xarici işlər naziri Sergey Lavrovun Parisə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, səfər Fransanın xarici işlər naziri Jan-Mark Eyronun dəvəti əsasında iyunun 29-da baş tutacaq.
Qarabağ problemindən başqa, Ukrayna və Suriyadakı vəziyyət də müzakirə olunacaq.