"Trabzonspor"un ulduz oyunçusu Obi Mikelin həyat yoldaşı Olqa Allegra Diyaçenko şəhəri tərk edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu klubun idarə heyəti ilə görüşərək müqaviləsinin ləğvini tələb edib. Obi Mikelin bu addımı atma səbəbi həyat yoldaşı olub.
İddiaya görə, Mikelin həyat yoldaşı Olqa Diyaçenko ulduz futbolçuya "Trabzondan ayrılmasan bir daha uşaqları görə bilməzsən" deyib.