“Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Qari Rodriqes zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqanın 5-ci turunun “Ankaragücü” ilə matçında (2:1) zədələnən 28 yaşlı cinah oyunçusunun 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Rodriqes “Fənərbaxça”nın Super Liqanın növbəti turunda səfərdə “Qalatasaray”la qarşılaşacağı oyunda iştirak etməyəcəyi gözlənilir.
“Qalatasaray” – “Fənərbaxça” matçı sentyabrın 28-də keçiriləcək.