AÇ-2020-nin seçmə mərhələsinin Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçirilə bilər.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb sentyabrın 9-da baş tutan Macarıstan – Slovakiya oyununda (1:2) slovak tərəfdarların milliyətçi şüarlar səsləndirməsi, hər iki komandanın azarkeşləri arasında insidentin yaranmasıdır.
Bu səbəbdən, UEFA-nın hər iki yığmaya cəza tətbiq edəcəyi gözlənilir. Belə olacağı halda, Macarıstan – Azərbaycan və Slovakiya – Uels qarşılaşmaları boş tribunalar qarşısında keçiriləcək. UEFA bununla yanaşı, həm Macarıstan Futbol Federasiyasına, həm də Slovakiya Futbol Federasiyasına 20 min avro məbləğində pul cəzası da verə bilər.
Slovakiya – Uels matçı oktyabrın 10-da, Macarıstan – Azərbaycan qarşılaşması isə oktyabrın 13-də keçiriləcək.