2019-cu ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Unikal.org xəbər verir ki, FİFA-nın milli komandaların baş məşqçiləri, kapitanlar, jurnalistlər və azarkeşlər arasında keçirdiyi gizli səsvermənin nəticələrinə əsasən, qalib “Barselona” klubunun futbolçusu Lionel Messi olub.
Argentinalı ulduz ilin ən yaxşısı olmaq uğrunda mübarizədə Vircil van Deyk (“Liverpul”) və Kriştiano Ronaldonu (“Yuventus”) qabaqlayıb.
Qeyd edək ki, Lionel Messi indiyədək 6 dəfə ilin ən yaxşı futbolçusu seçilib.