Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.

Unikal.org xəbər verir ki, bu gün Dünya kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirlib. Dünya kubokunda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov ABŞ-ı təmsil edən 18 yaşlı Cefri Ksionqu məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Teymurun yarımfinaldakı rəqibi sabah tay-brek oynayacaq Maksim Vaşye-Laqraf-Levon Aronyan cütünün qalibi olacaq.