Son olaraq "Adana Demirspor"u çalışdıran Ümit Özat Azərbaycanda işləyə bilər.

Unikal.org-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Sabah" türk mütəxəssislə maraqlanır. Bakı klubunun nümayəndələrinin 42 yaşlı çalışdırıcı ilə danışıqlar aparmaq üçün İstanbbulda olduğu bildirilib.

Qeyd edək ki, Ü.Özat karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor"u çalışdırıb.

Xatırladaq ki, "Sabah" baş məşqçisi  Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında yolları ayırıb. İqor Ponomaryov komandanın  müvəqqəti baş məşqçisi təyin olunub.