Bu gün Azərbaycan Premyer Liqasında VI tur başlayıb.

Unikal.org xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Turun açılış matçında çempionatın lideri “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib. Mövsümün startında keçirdiyi bütün oyunlarda qalib gələn Qurban Qurbanovun yetirmələri iddiasız rəqiblə görüşdə da xal itirməyib.

Mövsümdə ardıcıl 6-cı qələbəsini qazanan Ağdam klubu liderliyini daha da möhkəmlədib. “Sumqayıt” isə 4-cü dəfə məğlub olaraq turnir cədvəlinin ikinci yarısında qalıb.

Qeyd edək ki, tur sabah keçiriləcək “Qəbələ” – “Neftçi” matçı ilə davam etdiriləcək. Ertəsi gün isə iki oyun – “Keşlə” – “Zirə” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.