Çempionlar Liqasının qrup mərhələsinin II turunda Zaqreb "Dinamo"su ilə qarşılaşacaq "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Unikal.org xəbər verir ki, ispaniyalı mütəxəssis ÇL-də qalib olmaq istədiklərini bildirib:
"Çempionlar Liqasının qalibi olmaq istəyirəm. Əgər qazanmasam, həyatımda dəyişən bir şey olmayacaq. Buna görə özümü öldürməyəcəm.
Azarkeşlərimizin ən çox Premyer Liqa üçün narahat olduqlarını bilirəm. Ardıcıl üçüncü liqa çempionluğunu ilk dəfə qalib olmaq ehtimalımız olan ÇL kubokundan üstün tuturlar. Klubumuzun tarixinə baxsaq, keçmişdə ÇL kubokunu qazanmadıq. "Liverpul" və "Mançester Yunayted" daha öncə bunu bacarıblar. Onlar bunu bacaranda bizim azarkeşlərimiz evlərində. ya da barlarda "Liverpul"la "Mançester Yunayted"in ÇL matçlarını izləyirdi. "Mançester Siti" olaraq səviyyəni qaldırmalıyıq".