Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start veriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

A qrupunun ilk oyununda PSJ-yə 0:3 hesabıyla məğlub olan “Real”, bu dəfə “Brügge”ni qəbul edəcək. PSJ isə “Qalatasaray” səfərinə yollanacaq.

Günün maraqla gözlənilən qarşılaşmasında B qrupunda yer alan “Tottenhem” və “Bavariya” komandaları Londonda üz-üzə gələcək. Qrupun digər oyununda isə “Olimpiakos” “Srvena Zvezda”nın qonağı olacaq.

Qrup mərhələsinin 2-ci turuna sabah keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.

Çempionlar Liqası, qrup mərhələsi, 2-ci tur

A qrupu

20:55 Real (İspaniya) – Brügge (Belçika)
23:00 Qalatasaray (Türkiyə) – PSJ (Fransa)

C qrupu

20:55 Atalanta (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna)
23:00 Mançester Siti (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya)


B qrupu

23:00 Tottenhem (İngiltərə) – Bavariya (Almaniya)
23:00 Srvena Zvezda (Serbiya) – Olimpiakos (Yunanıstan)

D qrupu

23:00 Lokomotiv (Moskva, Rusiya) – Atletiko (İspaniya)
23:00 Yuventus (İtaliya) – Bayer (Almaniya)

2 oktyabr

E qrupu

20:55 Genk (Belçika) – Napoli (İngiltərə)
23:00 Liverpul (İngiltərə) – Zalsburq (Avstriya)

F qrupu

20:55 Slaviya (Praqa, Çexiya) – Borussiya (Dortmund, Almaniya)
23:00 Barselona (İspaniya) – İnter (İtaliya)

G qrupu

23:00 Zenit (Rusiya) – Benfika (Portuqaliya)
23:00 Leyptsiq (Almaniya) – Lion (Fransa)

H qrupu

23:00 Lill (Fransa) – Çelsi (İngiltərə)
23:00 Valensiya (İspaniya) – (Ayaks)