“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo açıqlama verib.
Unikal.org “SPORTbible”yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, futboldakı səviyyəsi haqqında danışıb:
“Hələ də futbolu sevirəm. Hələ də azarkeşləri, Ronaldonu sevən insanları əyləndirməyi sevirəm. Yaş fərq etmir, məsələ psixologiyadadır. Son 5 ildə futboldan kənar həyatımdan da zövq almağa başlamışam.
Həyatımda heç kimi təqlid etmək istəmirəm, hər zaman özünüz olmalısız. Amma hər zaman kiçik detallardan və yaxşı nümunələrdən nələrsə götürə bilərsiz. Futbolda qazandıqlarıma nail olmaq uzun illər, zəhmət, tələbkarlıq və sevgi tələb edirdi. Futboldan kənarda isə mən hələ də o səviyyədə deyiləm. Buna baxmayaraq, mübarizə aparmaq niyyətindəyəm və ikinci, üçüncü olmağı sevmirəm. Hər zaman 1 nömrə olmaq istəyirəm və bu, yüz faiz belə də olacaq”.