Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.
Unikal.org-un məlumatına görə, 32 yaşlı qrossmeysterimiz çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib (1.5:1.5).
Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, "tay-breyk" görüşü olacaq. Bu görüş oktyabrın 4-də baş tutacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.