Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib.

Millinin kapitanı Maksim Medvedev, Dmitri Nazarov və Anton Krivotsyuk cəzalı durumda olduqlarından heyətdən kənarda qalıblar.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emi Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Şəhriyar Əliyev ("Sumqayıt"), Ömər Buludov ("Neftçi"), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Emreli, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Eddi İsrafilov ("Albasete, İspaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyubov ("Sabah")

Hücumçular: Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreyin yığması ilə yoldaşlıq oyunu keçirəcək. Komandamız ayın 13-də isə Avro-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstanla qarşılaşacaq.