"Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib. Komandamızda zədəli futbolçular var, amma biz bu haqda düşünmürük. Əlimizdə olan futbolçularla ən yaxşısını etməyə çalışacağıq"
Unikal.org xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Bu oyunun nəticəsi turnir cədvəli üçün həlledici deyil. Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. "Düdelanj" da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq", - deyə Q.Qurbanov vurğulayıb.