Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gəlib.
 
Şotlandiyadan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləmişdisə, “Qarabağ” ilk xal və xallarını əldə etmək üçün meydana çıxmışdı. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzmuşdusa (0:3), “Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlmişdi – 4:3.

"Jozi Bartel" stadionunda keçirilən oyun "Qarabağ"ın üstünlüyü şəraitində keçib. İlk hissədə hətta təxribatla da üzləşən təmsilçimiz təxminən 20 dəqiqə fasilə yaranmış qarşılaşmada darmadağınla qalib gəlib.
 
Bu gün qrupun digər oyununda “Sevilya” doğma meydanda APOEL-lə münasibətlərinə aydınlıq gətirib. İspaniya təmsilçisi ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.