Avroliqanın qrup mərhələsinin 2-ci turunda keçirilən "Düdelanj" - "Qarabağ" oyununda baş verən erməni təxribatı zamanı Ağdam klubunun kapitanı Rəşad Sadıqov stadionda olan azərbaycanlı azarkeşləri sakitləşdirib.
Unikal.org xəbər verir ki, təcrübəli müdafiəçi fanatlara yaxınlaşaraq meydançaya daxil olmamalarını xahiş edib və Lüksemburqdan üç xalla qayıtmağın ən vacib məsələ olduğunu bildirib. Azarkeşlər isə kapitana onun sözünə əməl edəcəklərini deyiblər.