Rusiyalı fiqurlu konkisürmə üzrə 2014 Qış Olimpiya Oyunlarının qızıl medalçısı Adelina Sotnikova  falçı tərəfindən dələduzluğa məruz qalıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, olimpiya çempionu sosial şəbəkə vasitəsi ilə tanış olduğu falçıya təxminən 30 min dollara yaxın pul göndərib.

Daha sonra aldadıldığını anlayan A. Sotnikova polisə müraciət edib. Sotnikovaya özünü "Olga" kimi tanıdan falçı qadın şəxsi həyatı haqqında yalan məlumatlar verib. Fırıldaqçı Olga ancaq uzaqdan xidmət etdiyini deyib. Bununla da Sotnikova falçının ona verdiyi hesaba pul göndərib. Bundan sonra falçı idmançı ilə əlaqələri kəsib. 
Polis fırıldaqçı Olganın axtarışdadır.