Azərbaycanın tanınmış qadın idmançısı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilovun barəsində olan hökmdən kassasiya şikayəti verib.
Unikal.org xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.
Şikayət hakim Tahir Kazımovun icraatına verilib.
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 67 min manat pul olan seyf oğurlanıb.
Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs ediliblər. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisi idi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş N.Fərəcovaya isə şərti cəza verilib. Hökmdən narazı qalan N.İsrafilov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.İsrafilovun apellyasiya şikayəti qismən dəyişdirilib. Belə ki, onun 10 il azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.
Ali Osmanov