“Barselona”nın futbolçusu Lionel Messi açıqlama verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, argentinalı oyunçu, çətin günlərindən danışıb:
“2013-cü ildən 2014-cü ilə qədər vergi problemlərinə görə çətin dövr yaşayırdım. Bütün ailəm üçün çətin günlər idi. O zaman hətta ciddi şəkildə “Barselona”dan ayrılmağı düşünürdüm”.
2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edən Messinin hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.