Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmiş şəxslər və xarici ölkə vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş şəxslər həqiqi hərbi xidmətə cəlb olunması hansı formada tənzimlənir?
Unikal.org xəbər verir ki, Bu haqda İTV-nin "Radius" hərbi proqramında qonaq olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisləri, polkovnik-leytenant Nizami Heybətov və mayor Füzuli İsmayılov məlumat veriblər. Proqramda oktyabr çağırışından, gənclərin çağırışaqədərki hazırlığından da geniş danışılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər Azərbaycan Respublikasında təkrar həqiqi hərbi xidmətə cəlb olunmurlar.
Azərbaycan Respublikasının vətəndaşı olaraq xarici dövlət və ya dövlətlərin vətəndaşlığını əldə etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər hansı ölkədə hərbi xidmət keçməyindən asılı olmayaraq Azərbaycan Respublikasında da ümumi əsaslarla həqiqi hərbi xidmətə cəlb olunurlar.