Oktyabrın 11-i saat 10:00-da "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edecek.
ASC-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qəbulda Goranboy rayonu və Naftalan şəhərinin sakinləri iştirak edə bilər. Qəbul zamanı fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.
Həmin gün "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov isə Bərdədə vətəndaşları qəbul edəcək.
Qurumun Bərdə şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Bərdə və Tərtər rayonlarının sakinləri iştirak edə bilər.