Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib.
Unikal.org xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. O, finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.
Qeyd edək ki, bu, F. Rəcəblinin usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.