Qadınlardan ibarət futbol üzrə komandalar arasında keçirilən yoxlama oyunu ciddi qalmaqalla yadda qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan "Tiqres” – "Hyuston Deş” matçından sonra qonaqların futbolçusu Sofiya Uerta tribunada əyləşən fanatlara yaxınlaşıb.

ABŞ millisinin üzvündən futbolkasını istəyən kişi tərəfdar onunla şəkil çəkdirmək istəyib. Qadın futbolçu azarkeşlərin istəyini geri çevirməyib. Ancaq elə hadisə də bundan sonra baş verib. Şəkil çəkilən zaman əlini Sofiyanın sinəsinə qoyan fanatın hərəkəti cavabsız qalmayıb. "Tiqre” məhkəməyə müraciət edərək həmin azarkeşin klubun ev oyunlarına gəlməsini yasaqlayıb.

Həmin görüntü isə kamer yayınmayıb.