AVRO-2020-nin seçmə mərhələsi davam edir.
Unikal.org xəbər verir ki, VII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.
Qonşu Türkiyə yığması Albaniyanı qəbul edib. Final mərhələsinə vəsiqəyə iddialı olan “ay-ulduzlular” qələbə qolunu son dəqiqələrdə vurublar. H qrupunun favoriti Fransa səfərdə İslandiyanı bir qolla məğlub edib. Andorra isə Moldova ilə matçda ilk qələbəsinə sevinib.
B qrupunda favoritlər qələbə qazanıblar. Ukrayna Litvanı, Portuqaliya Lüksemburqu yenərək final mərhələsinə bir addım da yaxınlaşıblar.
AVRO-2020-yə vəsiqəni indidən təmin etmək üçün qalib gəlməli olan İngiltərə Çexiyaya uduzub. Bu qrupun digər matçında Monteneqro Bolqarıstanla bərabərə qalıb.