İngiltərə Futbol Federasiyası “Liverpul”un futbolçusu Harvi Elliotu sərt şəkildə cəzalandırıb.
Unikal.org xəbər verir ki, 16 yaşlı oyunçu 14 gün futboldan kənarlaşdırılıb.
Cəzaya Elliotun “Tottenhem”in hücumçusu Harri Keyni təhqir etməsi səbəb olub. Belə ki, gənc futbolçu həmkarı ilə bağlı sosial şəbəkə hesabında təhqiramiz video paylaşıb.
Bu üzdən də federasiya onu sərt şəkildə cəzalandırmağa qərar verib. Bununla bağlı yayılan rəsmi açıqlamada bildirilir: “Elliot sosial şəbəkə hesabında təhqiredici video paylaşmaqla federasiyanın qanunlarını pozub. Buna görə oyunçuya 14 gün futboldan uzaqlaşdırılmaq cəzası verilir, 350 funt-sterlinq cərimə olunur. Bundan başqa, “Liverpul”lu oyunçu federasiya tərəfindən üz-üzə veriləcək 4 aylıq təlimə qatılmalıdı. Bu təlim prosesini uğurla tamamlaya bilməyəcəyi halda onun futbolla əlaqəsi kəsilə bilər”.
İngiltərə mətbuatının yaydığı məlumata görə, Elliot sözügedən videonu hələ “Fulhem”də oynayarkən sosial şəbəkə hesabında paylaşıb. Amma bu məsələ onun “Liverpul”a keçidindən sonra daha geniş müzakirələrə səbəb olub. Artıq gənc futbolçunun Harri Keyndən üzr istədiyi bildirilir.