Türkiyə millisinin heyətində zədələnən "Fənərbağça"nın futbolçusu Emre Belözoğlunun durumuna aydınlıq gəlib.
Unikal.org Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) görüşdə xəsarət alan 39 yaşlı yarımmüdafiəçinin sol qabırğasında qırıq aşkarlanıb.
Yığmanın kapitanının Fransaya qarşı növbəti matçda iştirak etməyəcəyi dəqiqləşib. Buna baxmayaraq, təcrübəli oyunçu vacib qarşılaşmada komanda yoldaşlarının yanında olmaq istədiyini və müalicəsinə yığma ilə birgə davam etdirəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa - Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Hər iki kollektiv qrup mərhələsində 18 xal toplayıb.