Azərbaycanda 2019-cu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 42163 nikah və 11317 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.