Bakıda keçirilən bal yarmarkasının bu gün sonuncu günüdür. Yarmarkanın sonuncu günü bir çox arıçı məhsullara endirim edib.

Bunu Unikal.org-a Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC mərkəzinin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, arıçıların çoxu uzaq rayonlardan gəldiyinə görə qalan məhsulları geri qaytarmaq istəmirlər:

"Ona görə də məhsulları endirimlə alıcılara təklif edirlər. Maksimum endirim isə 30 faizdir”.

Qeyd edək ki, sentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur. Bal yarmarkasının ilk 10 günündə 20 tondan artıq bal satılıb.