Sabah “Azərsu” ASC-nin 955 Qaynar xətt xidməti məhdudlaşdırılacaq.
“Azərsu” ASC-dən Unikal.org-a verilən məlkumata görə, ASC-nin 955 Qaynar xətt xidmətinin proqram təminatının yenilənməsi ilə əlaqədar 26 oktyabr 2019-cu il tarixində gecə saatlarında mərkəzə daxil olan zənglər müvəqqəti məhdudlaşdırılacaq.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” – deyə ASC-nin məlumatında deyilir.