Bir vaxtlar iş adamı Ali Ağaoğlu ilə sevgili olan Hazal Mesudiyeli anasını döyüb.

Unikal.org Türkiuə KİV-nə istinadən xəbər verir ki, özündən 40 yaş kiçik biznesmenlə birlikdə olması ilə gündəmə gələn Mesudiyeli yenə diqqət mərkəzindədir.

25 yaşındakı Mesudiyeli evə sərxoş gəlib. Qızını sərxoş görən ana əsəbiləşib. Mesudiyeli anasını yerə yıxaraq, dayanmadan onu yumruqlayıb, təpikləyib. O, anasını "Öləcəksən" deyərək, təhdid edib.

Mesudiyelinin əlindən qaçan ana polisə zəng edib. Xəstəxanaya aparılan ana müalicə alıb. Məlum olub ki, qız dəfələrlə anasını döyərək, ona "Bu evdə sığıntısan, mənim köləmsən" sözlərini deyib.