Çili Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitini (APEC) və BMT-nin iqlim üzrə konfransını (COP25) ləğv edib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Sebastian Pinerayanın adından məlumat yayılıb.
“Bu, çox çətin qərardır, biz APEC və COP-un keçirilməsinin vacibliyini anlayırıq”, - dövlət başçısı belə deyib.
Hakimiyyətin qərarı son həftələr bütün Çilini bürüyən və tez-tez kütləvi iğtişaşlarla nəticələnən miqyaslı etiraz aksiyaları ilə bağlıdır. Mitinqlərdə 1,2 milyondan çox insan iştirak edir. İri şəhərlərə hərbçilər və zirehli texnika yeridilib, həmçinin komendant saatı və fövqəladə vəziyyət tətbiq olunub.
Etiraz aksiyaları nəticəsində təkcə ticarət sektoruna 1,5 milyard dollar ziyan dəydiyi bildirilir.
Xatırladaq ki, APEC sammiti Santyaqoda noyabrın 16-17-də, BMT-nin iqlim üzrə konfransı isə dekabrın 2-dən 13-dək keçirilməli idi.