“Mançester Siti”nin futbolçusu Rahim Sterlinqin İngiltərə millisinin düşərgəsində “Liverpul”un futbolçusu Co Qomeslə mübahisə etməsi səbəbindən yığmadan kənarlaşdırılmağı ilə bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, şəxsi İnstaqram hesabından paylaşım edən 24 yaşlı vinger Qomeslə probleminin olmadığını bildirib:
“İlk növbədə, hər kəs futbolun mənim üçün nə demək olduğunu bilir. Hamı bilir ki, mən belə şeylərə meyilli deyiləm. Çox emosional idman növündə oynayırıq və hisslərin mənə üstün gəldiyini etiraf edə bilərəm. Biz bu oyunu sevdiyimiz üçün oynayırıq. Co ilə danışdıq, hər şeyi həll etdik və yolumuza davam edirik. Hər ikimiz bu məsələnin 5-10 saniyəlik olduğunu başa düşdük”.