Böyük Britaniya səfirinin iqamətgahında Azərbaycana səfər etmiş Britaniya Paralimpiya Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə səfir Ceyms Şarp da iştirak edib.
Unikal.org-un məlumatına görə, Ceyms Şarpın Azərbaycan paralimpiyaçıları ilə səmimi danışığı və münasibəti diqqət çəkib.
Tədbirdə diqqət çəkən məqamlardan biri də Ceyms Şarpın Azərbaycanın Əlil Velosipedçilər üzrə komandasının baş məşqçisi Amid Həsənquliyevlə söhbəti olub. Səfir əlil idmançı ilə danışarkən diz üstə çöküb.