21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Unikal.org xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Lixtenşteyni qəbul edib. Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.
Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək.