İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Unikal.org AFFA-ya istinadla xəbər verir ki, matçın baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Azərbaycan-Ukrayna oyunu noyabrın 19-da “Dalğa Arena”da keçiriləcək.