"Avro-2020"nin seçmə mərhələsinə yekun vurulur.
Unikal.org xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan yığması son oyununa çıxıb. Millimiz səfərdə Slovakiya ilə qarşılaşır. Oyunu ukraynalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Sergey Boykodur.
Görüşün 19-cu dəqiqəsində hesab açılıb. Rəqib futbolçu Robert Bojenik millimizi məyus edib.
Qeyd edək ki, Bakıda keçirilən görüşdə slovaklar millimizə 5:1 hesabı ilə qalib gəlmişdi.