Əfqanıstan prezidenti ölkə ordusu tərəfindən "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı quruplşmasında qalib gəldiklərini elan edib.
Unikal.org xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ölkəsində birdənədə İŞİD-çi qalmadığını bəyan edib. Prezident bildirib ki, hazırda Əfqanıstan cəzaçəkmə müəssisələrində yüzlərlə İŞİD-çi saxlanılır: "Əfqanıstanda saxlanılan İŞİD-çilər arasında Azərbaycan vətəndaşlarıda var. Pakistan, Özbəkistan, İran, Qazaxıstandan, Maldiv adalarından buraya terror törətməyə gələn xarici vətəndaşlarda var".