“Qarabağ”ın futbolçusu Simeon Slavçev qış fasiləsində komandadan ayrılacaq.
Unikal.org xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçiyə Bolqarıstan, Portuqaliya, Türkiyə və Rusiyadan təkliflərin olduğu bildirilir.
Slavçev üçün ən cəlbedici təklif hələki “Levski”dəndir. Futbolçunun qərar verməyə tələsmədiyi və bir müddət gözləməyi üstün tutduğu bildirilir.
2018-ci ilin iyulundan “Qarabağ”da forma geyinən Slavçevin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqaviləsi var.