Voleybol üzrə milli komandalar arasında keçirilən Avropa Liqası yarışlarının formatında dəyişiklik edilib.
Azərbaycan Voleybol Federasiyasından Unikal.org-a verilən məlumata görə, Avropa üzrə reytinqi yüksək olan komandalar “Qızıl”, digər komandalar isə “Gümüş” Avro Liqa yarışında iştirak edəcəklər. Daha öncə komandalar hansı yarışda iştirak edəcəyinə özü qərar verib.
Qeyd edək ki, 2020-ci ilin may - iyun aylarında voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında, kişilərdən ibarət komanda isə Gümüş Avropa Liqasında qüvvəsini sınayacaq.