"AVRO-2020"nin pley-off mərhələsinin püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Avropa çempionatına son 4 vəsiqə üçün iddia edən 16 komandadan 4-nün hansı rəqiblə və harada oynayacağı bəlli olub.
Unikal.org xəbər verir ki, UEFA Millətlər Liqasının nəticələrinə əsasən, A, B, C və D yolunda yer alan kollektivlər yarımfinal və final oyunlarında iştirak edəcəklər. Qrup qalibləri "AVRO-2020"də iştirak hüququ əldə edəcək.
B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacağı öncədən bilinirdi. Həmçinin Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovanın Şimali Makedoniya ilə, Gürcüstanın isə Belarusla görüşəcəyi məlum idi.
C yolunda isə Norveçin Serbiya ilə qarşılaşacağı bəlli idi. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşib.
Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər.
Qalan 3 komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burada da rəqiblər püşkə əsasən bəlli olacaq.
Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.
A yolu
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan
B yolu
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C yolu
Şotlandiya - İsrail
Norveç - SerbiyaD yolu
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosova
Qeyd edək ki, iyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.