ABŞ Peşəkar Basketbol Liqasında (NBA) çıxış edən "Oklahoma Siti Thunder" klbuun adı son günlər qalmaqalda hallanır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Amerikada rol aldığı erotik filmlərlə məşhurlaşan Teanna Tramp adlı qadın komandanın oyunçularından biri ilə birlikdə olduğunu iddia edib. Amma porno ulduz adını açıqlamadığı həmin basketbolçunun ona ödəməli olduğu pulu vermədiyini bildirib.
Belə ki, klubun "Twitter" hesabını etiketləyən 24 yaşlı Teanna Tramp "Oyunçunuz mənim pulumu verməlidi" yazıb. Teanna Tramp həmin oyunçunun adını açıqlamayıb.
Qeyd edək ki, Teanna Tramp mart ayında da bənzər olayla gündəmə gəlmişdi. Həmin vaxt o, NBA-da çıxış edən başqa bir komandanın - "Indiana Pacers"in oyunçuarından biri ilə münasibətdə olduğunu açıqlamışdı. Həmin vaxt 16 yaşında olduğunu bildirən aktrisa basketbolçuya yaşını bir neçə il böyük dediyini qeyd etmişdi.