“Libertadores” kubokunun 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.
Unikal.org xəbər verir ki, Perunun “Monumental” stadionunda baş tutan qarşılaşmada son çempion - Argentinanın “River Pleyt” klubu ilə Braziliyanın “Flamenqo” komandası qarşılaşıb.
“Flamenqo” 14-cü dəqiqədə Santos Borrenin qolu ilə hesabda geri düşsə də, 89-cu və 90+2-ci dəqiqələrdə Qabiqolun dublu sayəsində qalib olub.
Bununla da “Flamenqo” tarixində ikinci dəfə “Libertadores” kubokunu qazanıb.