“Azərsu” ASC torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.
Bu barədə Unikal.org-a qurumdan bildirilib.
Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
““Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir”-deyə məlumatda qeyd edilib.