Paraqvayın "Cerro Porteno" komandasının futbolçusu Fernando Amorebieta "Olimpiya"ya qarşı keçirdikləri matçda rəqibin oyunçusu Naster Kamaçoya xəsarət yetirib.
Unikal.org xəbər verir ki, 34 yaşlı venesuelalı mərkəz medafiəçisi XVII tur matçının sonlarına yaxın rəqibinin başını dişləyib. Qarşılaşmanın hakimi hadisədən sonra hər iki futbolçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş "Olimpiya"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
En Paraguay, Olimpia le ganó 4 a 2 a Cerro Porteño y se quedó con el clásico. Roque Santa Cruz convirtió cuatro goles y Fernando Amorebieta fue expulsado por morderle la cabeza a un rival. pic.twitter.com/oIeKTWZClz
— David Mosquera (@renaldinhos) 25 ноября 2019 г.